AZE | RUS | ENG |

Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq

Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
Gələn ildən etibarən Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq. Məhsulun hamısı ölkədə emal ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici ticarət naziri Sardor Umurzakov jurnalistlərə bildirib. O qeyd edib ki, xarici ölkələrə hazır toxuculuq məmulatları ixrac ediləcək.
S.Umurzakov deyib: "Bu il Özbəkistandan xarici ölkələrə 2 milyard dollardan çox toxuculuq məmulatları ixrac olunacaq, 2025-ci ilə qədər isə bu rəqəm 8 milyarda yüksələcək”.
O bildirib ki, Özbəkistan xarici ölkələrə xam pambıq satışını getdikcə azaldır. Belə ki, 2010-cu ildə xaricə 1,5 milyard dollar həcmində xam pambıq satılmışdısa, 2015-ci ildə bu rəqəm 736 milyon dollara qədər azalıb, keçən ilin göstəricilərinə görə isə 222 milyon dollar təşkil edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287