• cümə axşamı, 28 mart, 21:15
  • Baku Bakı 13°C

Özbəkistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır

16.08.18 19:15 494
Özbəkistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır
Özbəkistan "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirak etməkdə maraqlıdır.
Trend-in məlumatına görə, bunu Özbəkistan baş nazirinin müavini Suhrob Xolmuradov Özbəkistan-Hindistan hökumətlərarası komissiyasının 11-ci iclası zamanı deyib.
O bildirib ki, bu nəqliyyat layihəsi regionun nəqliyyat-tranzit potensialını artıra bilər.
S.Xolmuradov həmçinin vurğulayıb ki, Hindistan Özbəkistan,Türkmənistan, İran və Omanın iştirak etdiyi Aşqabad sazişinə də qoşulub. O əlavə edib ki, bu layihə Hindistanla Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə ticarət dövriyyəsinin artmasına xidmət edəcək.
Qeyd edək ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya və Qazaxıstanı əlaqələndirir.
banner

Oxşar Xəbərlər