• cümə, 29 Mart, 02:21
  • Baku Bakı 7°C

Özbəkistan prioritetləri dəyişir?

15.05.18 18:39 752
Özbəkistan prioritetləri dəyişir?
Özbəkistan prezidenti Şavkat Mirzoyeyev ilk rəsmi səfərlə Birləşmiş Ştatlara təşrif buyurub. Ağ evdə prezident Donald Trampla danışıqların yekununda "Özbəkistan və ABŞ: strateji tərəfdaşlığın yeni erasının başlanğıcı” birgə bəyanatı qəbul ediləcək, eləcə də ümumi dəyəri 4 milyard dollar olan 45 əməkdaşlıq müqaviləsi imzalanacaq. Rusiya mediası yazır ki, görüşün əsas intriqası Özbəkistan prezidentinin ABŞ və Rusiyanın maraqları arasında necə balans yarada biləcəyidir. Bu məsələ Daşkənd üçün həddən artıq vacib məsələdir. Şavkat Mirzoyeyevin təyyarəsi Merilend ştatının Endryus hərbi bazasında enib, onun özü isə "Blair Hous” prezident iqamətgahında yerləşdirilib. Bu, onun Birləşmiş Ştatlara ilk rəsmi səfəridir. Dövlət Departamenti səfəri "tarixi” adlandıraraq bəyan edib ki, iki ölkənin prezidenti ABŞ və Özbəkistan arasında ikitərəfli strateji tərəfdaşlığı yenidən bərpa edəcəklər. "Onlar həmçinin əhəmiyyətli islahatlar məsələsində əldə edilmiş inkişaf, ticarət və investisiyaların genişləndirilməsi, o cümlədən Əfqanıstanda vəziyyətin sabitləşməsi məsələsini müzakirə edəcəklər”, - deyə özbək liderinin mətbuat xidmətinin rəhbəri Komil Allamjanov bildirib. Ş. Mirzoyeyevin ABŞ Konqresində, Dövlət Departamentində, Müdafiə Nazirliyində, eləcə də Dünya Bankında ikitərəfli görüşləri nəzərdə tutulub. Maraqlı olan odur ki, görüş ərəfəsində özbək lider ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Cozef Voteli qəbul edib və onunla hərbi əməkdaşlıq və Əfqanıstandakı vəziyyəti müzakirə edib. Daşkənd öz hərbçilərinin ABŞ-ın təhsil müəssisələrində təhsil almalarını, ordusunun yeni zirehli texnika ilə təchizatını istəyir. Vaşinqton üçün Özbəkistan regionda əhəmiyyətli ölkədir, eləcə də ona əfqan probleminin nizamlanmasında böyük önəm verir. Özbəkistan bundan əlavə, qonşu ölkədə sülhün bərqərar olması üçün öz üzərinə missiya götürüb. Amerikalı general da Daşkənddə bəyan edib ki, hərbi əməliyyatlar Taliban danışıqlar stolu arxasında əyləşməyənə qədər davam edəcək. Bu isə o anlama gəlir ki, ABŞ NATO yüklərinin Əfqanıstana keçməsi üçün Özbəkistan və regionun digər ölkələri ilə əməkdaşlığı genişləndirməyə zərurət duyacaq. Özbəklər də bu əməkdaşlıqdan əlverişli şərtlər əldə edəcək, ordusunu gücləndirəcək. Lakin bu o anlama gəlmir ki, özbək ordusu ABŞ silahına və standartlarına keçəcək. Hələ ki, bu istiqamətdə özbəklərin əsas tərəfdaşı Rusiyadır. ABŞ-a gedən nümayəndə heyətinin üzvü Şerzodxan Kudratxodjayev bildirib ki, bu səfər Mərkəzi Asiya və Moskvada böyük maraq doğurub. Onun qənaətinə görə, bu illər ərzində Özbəkistan regionun bütün dövlətləri ilə münasibətləri yaxşılaşdırıb. Daşkənd Moskva ilə də münasibətləri yeni səviyyəyə qaldırıb. Özbəkistanın regionda vəziyyətə qiymət verməkdə mövqeyi çox vacibdir. Lakin Rusiya mediası özbək xarici siyasətində artıq prioritetlərin dəyişdiyini iddia etməyə başlayıb. Amerikalı generalın səfəri isə NATO ilə yaxınlaşma cəhdi kimi qiymətləndirilib. "Lakin prezidentin səfəri Rusiya və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan uzaqlaşmaq anlamına gəlməməlidir. Özbəkistanın xarici siyasət prioritetləri dəyişməz olaraq qalır. İlk növbədə Mərkəzi Asiya Özbəkistanın xarici siyasətinin əsas istiqamətidir. Özbəkistanın təhlükəsizliyi bütövlükdə Mərkəzi Asiyanın təhlükəsizliyi deməkdir. Bu ölkənin NATO-ya üzvlüyünə gəldikdə, heç gələcəkdə də bu, nəzərdə tutulmur. Bu səfəri sadəcə, ölkənin xarici siyasətinin çoxvektorluğu kimi qarşılamaq olar”, - deyə özbək ekspert vurğulayıb. Əksəriyyət hesab edir ki, bu səfər Özbəkistanla ABŞ arasında İslam Kərimovun dövründə uzun müddət soyuq olmuş münasibətlərdə ciddi dönüşdür. Cəmi iki il əvvələ qədər ABŞ bu ölkəni dünyanın ən sərt rejimlərindən birinin hökm sürdüyü dövlət kimi qələmə verirdi. Yeni prezident hakimiyyətə gələndən sonra həyata keçirdiyi "yumşalma” siyasətinin və bəzi islahatların, o cümlədən insan haqlarının müdafiəsinə yönəlmiş müəyyən addımlarının sayəsində uzun illərdən bəri Vaşinqtona rəsmi dəvət alıb. Qeyd edilir ki, Vaşinqtonda danışıqlar zamanıAğ ev Özbəkistan prezidentiniiqtisadiyyatda islahatları davam etdirməyə, insan haqlarının durumunu yaxşılaşdırmağa çağıracaq.Bunu Birləşmiş Ştatlar rəsmiləri də deyir. Ağ evin Milli TəhlükəsizlikŞurasında Mərkəzi və Cənubi Asiya məsələlərinə nəzarət edənLiza Kartisdeyib ki, Mirzoyeyev hakimiyyətə gələndənsonra Özbəkistan"böyük addımlar” atıb. Mirzoyeyev hakimiyyətə 2016-cıildə, İslam Kərimovun vəfatından sonra gəlib. Ağ ev təmsilçisinin bildirdiyinə görə,ABŞrəsmiləri Mirzoyeyevi insan haqları, məcburi əmək, din azadlığı, mətbuat azadlığıilə bağlıproblemlərin həllinə çağıracaqlar."Bu səfər həmin islahatların həvəsləndirilməsi və təsdiqlənməsiüçün fürsətdir”, – Kartis deyib.
Bu arada "Amnesty International” insan haqları təşkilatı ABŞ prezidenti Trampı özbək həmkarına insan haqları islahatlarının davam etdirilməsi və dərinləşdirilməsi üçün təsir göstərməyə çağırıb.Təşkilat bildirir ki, Mirzoyeyev İslam Kərimovun iki onillik davam edən repressiv rejimindən sonra Özbəkistanda insan haqlarının yaxşılaşacağına müəyyən ümidlər verib. "Amnesty International” təşkilatı ABŞ filialının rəhbəri Marqaret Huanq Trampa mayın 11-də göndərdiyiməktubdayazır ki, Mirzoyeyevin Ağ Evə səfəri Özbəkistanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün "həlledici imkan” ola bilər. Huanq bildirib ki, Mirzoyeyev Özbəkistanın özünütəcridinə və repressiv siyasətinə son qoyulması üçün bir sıra siyasi və iqtisadi islahatlara başlayıb. O, 2016-cı ildə hakimiyyətə gələndən bəri ifadə azadlığını artıran tədbirlər həyata keçirib, siyasi məhbusların azad olunmasına başlayıb, habelə siyasi mühacirlərin ölkəyə gəlişini asanlaşdırıb.

Azər
banner

Oxşar Xəbərlər