• çərşənbə axşamı, 23 aprel, 20:30
  • Baku Bakı 20°C

Özbəkistan portalı Heydər Əliyev Mərkəzindəki klassik avtomobillər sərgisi ilə bağlı videoreportaj yayıb

07.04.19 13:37 557
Özbəkistan portalı Heydər Əliyev Mərkəzindəki klassik avtomobillər sərgisi ilə bağlı videoreportaj yayıb
Özbəkistanın Qalampir.uz portalı Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobillər sərgisi ilə bağlı videoreportaj yayıb.
AZƏRTACxəbər verir ki, videoreportajda özbək tamaşaçılara sərgi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, sərgidə XIX-XX əsrlərdə Almaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, Böyük Britaniya və digər ölkələrin istehsalı olan klassik avtomobillər nümayiş etdirilir.
Burada Mercedes Benz, BMW, Fiat, Wolksvagen, Rolls Royse, Чайка, Волга–газ 24 avtomobillərini görmək mümkündür. Sərgi 2015-ci ildə açılıb və burada 60-dan çox klassik avtomobil var.

banner

Oxşar Xəbərlər