• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

Özbəkistan portalı Bakıda keçiriləcək Şopinq Festivalından yazır

23.03.17 16:23 855
Özbəkistan portalı Bakıda keçiriləcək Şopinq Festivalından yazır
AZƏRTAC-ın məlumatına görə, Özbəkistanın Ut.uz portalı "Bakıda hər il Şopinq Festivalı keçiriləcək” sərlövhəli məlumat yayıb.
Məlumatda Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı qeyd edilir. Bildirilir ki, Sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək. Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
Məlumatda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkədə turizm sektorunun inkişafı ilə bağlı keçirilən mətbuat konfransında söylədiyi fikirlərə də yer verilib. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin sentyabrında imzaladığı Sərəncam ölkədə turizm sektorunun inkişafı üçün yeni mərhələ açıb. Azərbaycanda ticarət turizminin inkişafı ölkənin beynəlxalq turizm bazarında mövqeyini daha da möhkəmləndirəcək.
banner

Oxşar Xəbərlər