AZE | RUS | ENG |

Özbəkistan portalı: 20 Yanvar - Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü

Özbəkistan portalı: 20 Yanvar - Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü
Özbəkistanın uchildiz.uz portalı "20 Yanvar - Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü” sərlövhəli məqalə yayıb.
 
AZƏRTAC xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verilir. Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib, çoxlu insan yaralanıb. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq mübarizəsinin rəmzi kimi tarixə düşüb. Həmin gecə canlarını qurban verən şəhidlər öz qanları ilə Azərbaycan tarixinin yeni səhifəsini yazıblar.
 
Yazıda bildirilir ki, 20 Yanvar hər il dövlət səviyyəsində qeyd olunur, Bakı sakinləri - qocalar, qadınlar, uşaqlar Şəhidlər xiyabanına axışır, Vətənin azadlığı və suverenliyi uğrunda həlak olanların məzarlarına güllər düzürlər. Vurğulanır ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gedərək, başda Mixail Qorbaçov olmaqla bu qanlı faciəni törədənləri ittiham edib, qırğının məsuliyyətinin onların üzərində olduğunu bildirib.
 
Qeyd olunur ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı qanun qəbul edib, faciəyə siyasi-hüquqi qiymət verilib və günahkarların adları açıqlanıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916