• cümə axşamı, 25 aprel, 11:25
  • Baku Bakı 14°C

Özbək professordan dünya analarına müraciət: “Bitsin bu işğal!”

06.08.20 14:15 1042
Özbək professordan dünya analarına müraciət: “Bitsin bu işğal!”
Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru, tanınmış alim Gülbahar Aşurova dünya analarına müraciət edərək 30 ildən çoxdur ki, davam edən Ermənistanın Azərbaycana təcavüzü, regiondakı zorakılıq, aqressiya, habelə Ermənistan qoşunlarının Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonuna artilleriya atəşləriilə müşahidə olunan hücumu ilə əlaqədar dünya analarına müraciət edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlumatına görə, xanım professor ilk növbədə xain hücum zamanı həyatını itirən insanlara, dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verib.
Gülbahar Aşurovanın dünya analarına müraciəti:
Əziz analar, dünyanın mütərəqqi, sülhsevər və gözəl məxluqları!
Bu günlərdə bizləri daha bir xəbər sarsıtdı.30 ildir regionun qanayan yarası, müsəlman, türk irsinin təhqir olunduğu, bəşəriyyətin böyük dərdi – Qarabağın və Azərbaycan torpaqlarının işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, min bir iztirablara düçar edilərək köçkünlük həyatı yaşaması azmış kimi qan tökməklə öyünən Ermənistan Azərbaycanla olan dövlət sərhəddininTovuz rayonu istiqamətində artilleriya hücumları həyata keçirdivə yenidən silahlar danışmağa başladı.
"Ədalət adlı müqəddəs məfhum qətl edilib”
Ermənistan işğalı nəticəsində Azərbaycanın12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin isə 20 faiziişğal olunmuşdur. Bu işğal bütöv bir nəslin xəyallarının alt-üst olmasına, nə qədər ailələrin, gənclərin, uşaqların, anaların yurdsuz, ocaqsız, evsiz-eşiksiz, gözüşalı qalmalarına yol açıb.Yüz minlərlə insanın talelərinin puç olmasına gətirib çıxarıb.
Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər dağıdılıb, dini ocaqlar, mədəniyyət abidələri məhv edilib. Analarımızın, balalarımızın xoşbəxt həyatının üzərində oyunlar qurulub.Ədalət adlı müqəddəs məfhum qətl edilib.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri, qədim tarixi, zəngin mədəniyyəti, möhtəşəm poeziyası ilə dünyada seçilir.Böyük Nizaminin, Füzulinin, Nəsiminin, dahi Üzeyir Hacıbəyovun vətənidir bu məmləkət.Dünyanın ən nəhəng ədəbiyyatını yaratmış bu xalq sülhsevərdir, zəhmətsevərdir, qonaqpərvərdir. Evində olan son tikəsini də Özbək xalqı kimi qonağı ilə bölüşər, evinin ən gözəl hissəsini qonaq üçün ayırar.
"Azərbaycanı"Turanüzüyünün qaşı” adlandıranƏmir Teymurbabamız yanılmamışdır”
30 ildir bu qədərməhrumiyyətlərə, faciələrə, işğal, etnik təmizləmə və müharibəvəziyyətinə baxmayaraq bu xalq yenə də sülh istəyir və bu təcavüzün sülh yolu ilə həll etməyə çalışır.
Azərbaycanı"Turanüzüyünün qaşı”adlandıranƏmir Teymurbabamızyanılmamışdır. Bu məmləkətdən daim bütün dünyaya böyük mədəniyyət, elm, poeziya və xalqların dostluğu, qardaşlığı birgə hür içində yaşayışına dair çağırışlar səslənir.
Amma durun, əziz Analar!Vətən həm də Anadır. Bu gün müqəddəsVətənin bağrındakı o torpaqların yüzdə iyirmisi işğal altında inildəyir, yurd yerləri fəryad edir.
Artıqterrorlara,müharibələrə,işğallara, köçkünlüyə, həsrətə "Dur” deməyin zamanıdır! Qadın ürəyi daha həssasdır,qadın Anadır, qadın sevgidir, qadın dəyərdir.Bütün bu zorakılıqlar, atılan bütün bu güllələranalaradəyir, onlara toxunur!
"Bitsin bu işğal!”
Biz unutmadıq ki, 1992-ci ildə Ermənistan Silahlı qüvvələri tərəfindən törədilmişXocalısoyqırımında öldürülən azərbaycanlı 613 dinc sakinin 63-ü uşaqlar idi, 2011-ci ildəAğdamda erməni əsgərləri tərəfindən öldürülən9 yaşlı Fariz Bədəlovu,Tovuzda isə 13 yaşlı Aygün balamız, 2017 ildə Azərbaycanın Fizuli rayonunda öz nənəsi ilə birgə qətlə yetirilmiş 1 yaşlı balaca Zəhranınacıları hələ ürəyimizə xəncər kimi batıb və daim sızıldadır.
Bitsin bu işğal!Qoy dünya birliyi tərəfindən tanınmış Azərbaycan torpaqları, şəhər və kəndləri azad olunsun, bölgədə yenidən sülh nəğmələri səslənsin, sülh göyərçinləri uçsun. İnsanlar öz yurd-yuvalarına qayıtsınlar. Biz analar ədalətin bərqərar olmasını, insanların haqlarının özünə qaytarılmasını istəyirik.
Bu qanayan yara o zaman duracaq ki, haqq-ədalət öz yerini tapacaq. Həsrət və iztirablara son qoyulacaq. Beynəlxalq ədalət, hüquq bərpa ediləcək.
Mən bütün dünya analarına, ziyalılarına müraciət edirəm:Ermənistanın bu işğalçı siyasətinə hamımız "dur” deyək! Yetər, 30 ildir vurduğunuz ziyanlar və çəkdirdiyiniz bu acılar, məhv etdiyiniz bu talelər! Dünya bu acıları, bu fəryadları eşitməlidir. Susmaq bizə haramdır əziz analar. Yurdlarımız, şəhər və kəndlərimiz, abidələrimiz, məscidlərimiz də insanlarımız kimi şəhiddirlər, yaralıdırlar, param-parça olmuşlar.
Biz torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycanın yanında olmalıyıq.
banner

Oxşar Xəbərlər