• cümə axşamı, 25 aprel, 08:40
  • Baku Bakı 14°C

Özbək jurnalistin Azərbaycanla bağlı şeirinə klip hazırlanıb

10.04.19 12:37 602
Özbək jurnalistin Azərbaycanla bağlı şeirinə klip hazırlanıb
Özbəkistanın "Mədəniyyət və Mərifət” telekanalının jurnalisti, şairə Nazira Boymuradova bu günlərdə "Məni məftun etdin can Azərbaycan" adlı şeir yazıb və Azərbaycan Mədəniyyət Mərkəzi bu şeirə klip hazırlayıb.
Xatırladırıq ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu olub və bu şeir də səfər zamanı yazılıb.
AZƏRTACxəbər verir ki, şeirdə jurnalistlərin gəzdiyi bütün məkanların - Bakı və İçərişəhərin gəzməli-görməli yerləri nəzmə çəkilib, Xəzər dənizi, həmçinin Quba, Qusar, Şamaxı, Qəbələ o cümlədən Şahdağın adı çəkilib, bu yerlər poetik dildə vəsf edilib.
banner

Oxşar Xəbərlər