• cümə, 26 Aprel, 16:46
  • Baku Bakı 23°C

Zaxarova: “Rusiya-Azərbaycan münasibətləri stabil olaraq qalır”

30.11.16 16:31 729
Zaxarova: “Rusiya-Azərbaycan münasibətləri stabil olaraq qalır”
"Rusiya və Azərbaycan arasındakı münasibətlərin səviyyəsi stabil olaraq qalır. Bu münasibətlər bizim ölkələrin rəhbərləri tərəfindən qurulub, müvafiq sənədlərlə dəstəklənib və xalqlarımız arasındakı çoxillik dostluq münasibətləri ilə möhürlənib”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Son vaxtlar hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərini şərh edən Rusiya XİN sözçüsü vurğulayıb ki, bu səfərlər ölkələr arasında gündəlik həyat təcrübəsində yüksək münasibətlərin olduğunun təzahürüdür: "Söhbət mədəni və humanitar tədbirlərdən gedir. Çox xoş haldır ki, dünya üçün heç də adi olmayan bir vaxtda biz maraqlı və ictimai əhəmiyyət daşıyan tədbirlər keçiririk, hansı ki, bu tədbirlər təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə beynəlxalq münasibətlərə müvafiq müsbət gündəlik verir. Demək olar ki, hazırda beynəlxalq münasibətlərdə bu müsbət tərkib çatışmır”.
Qeyd edək ki, noyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvadakı Tretyakov qalereyasında Azərbaycanlı rəssamların əl işlərindən ibarət "Abşeron ulduzları" adlı sərginin açılışında iştirak edib. Qafqaz Müsəlmanlar İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubiley mərasiminə qatılıb. Rusiyanın təhsil naziri Olqa Vasilyeva və Dövlət Dumasının komitə sədri Leonid Slutski isə ötən həftə Azərbaycanda səfərdə olublar.
banner

Oxşar Xəbərlər