• çərşənbə, 24 Aprel, 10:28
  • Baku Bakı 13°C

Zaxarova: "Ümid edirik ki, tərəflər danışıqlar prosesinə qayıdacaq"

26.04.18 18:51 620
Zaxarova: "Ümid edirik ki, tərəflər danışıqlar prosesinə qayıdacaq"
"Ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək vəDağlıq Qarabağmünaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu RusiyaXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Ermənistanda baş verən hadisələr fonundaDağlıq Qarabağmünaqişəsinin nizamlanmasında konkret hansı dəyişikliklərin ola biləcəyi sualına Rusiya XİN sözçüsü belə cavab verib: "RusiyaDağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməyə davam edəcək. Səmimi olaraq ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək vəDağlıq Qarabağmünaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq.Dağlıq Qarabağmünaqişəsinin gərginləşməsi baş verməməlidir. Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır".
banner

Oxşar Xəbərlər