Zaurun da verilişi bağlanır
Azad Azərbaycan telekanalında daha bir veriliş bağlanmaq üzrədir. Lent.az-ın məlumatına görə, aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Öz aramızda” verilişi bağlanacaq. Bu barədə aparıcı bu günki verilişdə məlumat verib: “Artıq bir ildən çoxdur ki, bu verilişi izləyirsiniz. Bunu hörmətsizlik kimi qəbul etməyin. Bu mənim yox, rəhbərliyin qərarıdır. Az sonra nə baş verdiyini sizə açıqlayacam”.