• cümə axşamı, 25 aprel, 19:46
  • Baku Bakı 21°C

Zaur Qəhrəmanov: “Türkiyənin ən böyük istehsal mərkəzlərindən biri olmağı qarşımıza hədəf qoymuşuq”

18.02.17 14:30 1123
Zaur Qəhrəmanov: “Türkiyənin ən böyük istehsal mərkəzlərindən biri olmağı qarşımıza hədəf qoymuşuq”
"İnvestisiyamızın ilk hissəsi bitdikdən sonra "SOCAR Türkiye Enerji A.Ş." olaraq Türkiyənin ən böyük 3 holdinqindən biri, 2020-ci ilə qədər isə emal zavodu - neft-kimya - enerji – logistika – paylanma işlərinin inteqrasiyasını tamamlayaraq bütün bu sahələri əhatə edən Türkiyənin ən böyük istehsal mərkəzlərindən biri olmağı qarşımıza hədəf qoymuşuq”.
"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov "Energy Bussines” jurnalına bildirib.
Z.Qəhrəmanov vurğulayıb ki, "SOCAR Türkiye Enerji A.Ş."-nin Türkiyədə fəaliyyət göstərən xeyli sayda şirkəti və eyni zamanda icra olunan bir neçə layihələr var: "Bu iş sahələrinin SOCAR-ın qlobal strategiyası çərçivəsində qurulması və şirkətlərimizin məhsuldarlığını və rəqabətliliyini artırmaq üçün işlərimiz davam edir”.
banner

Oxşar Xəbərlər