• çərşənbə axşamı, 16 aprel, 09:06
  • Baku Bakı 14°C

Zaur Qəhrəmanov: STAR neft emalı zavodu Türkiyənin idxaldan asılılığını 4%-ə yaxın azaldacaq

18.02.17 15:00 1346
Zaur Qəhrəmanov: STAR neft emalı zavodu Türkiyənin idxaldan asılılığını 4%-ə yaxın azaldacaq
"STAR neft emalı zavodunda işlərin 82%-i tamamlanıb və 2018-ci ildə fəaliyyətə başlamağı planlaşdırırıq”.
"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov "Energy Bussines” jurnalına bildirib.
Z.Qəhrəmanovun sözlərinə görə, Türkiyə tarixində özəl sektorun inşa etdiyi ilk neft emalı zavodu olan STAR-ın tikintisi 5,7 mlrd. dollara başa gələcək.
"STAR neft emalı zavodu Türkiyənin neft-kimya sektorunda xaricdən asılılığına son qoyacaq və təkcə bu zavod Türkiyənin idxaldanasılılığını 3,5% azaldacaq. Bugünkü neft qiymətləri ilə hesablandıqda Türkiyəyə illik 2-2,5 mlrd. dollar həcmində valyutaya qənaət etməyinə imkan verəcək. 10 milyon ton emal gücünə malik STAR neft emalı zavodu rəqabət gücünü artıraraq bölgə və Türkiyənin iqtisadiyyatının inkişafına kömək edəcək”, - deyə baş icraçı direktor əlavə edib.
banner

Oxşar Xəbərlər