• cümə, 29 Mart, 16:55
  • Baku Bakı 14°C

Zaqatalaya ilk qar yağıb

25.10.16 17:09 882
Zaqatalaya ilk qar yağıb
Zaqatala rayonun yaşayış məntəqələrinə qar yağıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabithavaşəraiti hökm sürür.

Oktyabrın 24-də axşam saatlarından başlayaraq, bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzən ərazilərdə müsbət 4-2 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb. Bu gün saat 15.00 radələrindən Zaqatala mərkəzindən 3-4 kilometr məsafədə yerləşən dağətəyi Car, Axaxdərə və Taxtalarkəndlərinə ilk qar yağmağa başlayıb.

Hazırda qarın qalınlığı 1-2 sm təşkil edir.
banner

Oxşar Xəbərlər