Zaqatalada “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib
Mayın 24-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)
Azərbaycan Gənclər Fondu və Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin
müdafiəsinə hazıram!” devizi altında 28 May - Respublika Gününə həsr edilmiş
kütləvi tədbir keçirib.
Zaqatala
və Balakən rayon orta məktəblərinin yuxarı sinif şagirdləri arasında 28 May - Respublika Günü münasibətilə vətənpərvərlik mövzusunda
keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin, gənclərin, ictimaiyyətin, şəhid
ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları
rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin
iştirakçıları əvvəlcə Ümummilli
Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
Zaqatala
şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Dövlət Himninin ifası ilə
başlayan tədbirdə Xalq Cümhuriyyəti qurucularının xatirələri də ehtiramla
anılıb.Tədbirdə
çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin
birinci müavini, general-mayor Zaur Abdullayev Şərqdə ilk demokratik respublika
olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının böyük əhəmiyyət daşıdığını
bildirib. Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi
23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəsillərin yaddaşında xalqımızın
tarixinin şərəfli səhifələrindən biri kimi əbədi yer tutduğunu vurğulayıb. Qeyd
edib ki, Xalq Cümhuriyyətinin
ideya-siyasi sistemi bu gün Azərbaycan
Respublikasında tam şəkildə intişar tapıb. Belə ki, Ulu Öndər Heydər Əliyevin
şah əsəri olan müasir, müstəqil ölkəmiz Möhtərəm Prezidentimiz, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü orduya,
iqtisadiyyata, inamlı və sürətli inkişafa malik sabit bir dövlətə çevrilib. Xidmət
rəisinin birinci müavini vurğulayıb ki, bu gün vətənpərvər Azərbaycan
gəncliyi formalaşıb. Respublika Günü
münasibətilə keçirilmiş müsabiqədə şagirdlərin fəal iştirak etmələri gənc
nəslin milli dəyərlərə, dövlətçilik tariximizə bağlılığının daha bir bariz
nümunəsidir.
Gənclər
Fondunun şöbə müdiri Ramil Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti ilə birgə təşkil olunan bu tədbirlərin əhəmiyyətinə diqqət
çəkib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətin diqqətində
olduğunu və bu istiqamətdə müxtəlif proqramların həyata keçirildiyini bildirib.
Təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat
verib.Zaqatala
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa
Süleymanova və digər çıxış edənlər regionlarda gənclərin inkişafı
istiqamətində, onların asudə vaxtlarını səmərəli keçirmələrinin təmin edilməsi
məqsədilə reallaşdırılmış layihələrdən söz açıblar.
Sonra
Zaqatala və Balakən rayon orta məktəb şagirdləri arasında 28 May - Respublika
Gününə həsr edilmiş vətənpərvərlik mövzusunda keçirilmiş rəsm müsabiqəsinin
qalibləri mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən Zaqatala
rayonu üzrə 1-ci yerə Yengiyan kənd orta məktəbin şagirdi Hülya Səfərova və
Balakən rayonu üzrə isə şəhər 1 saylı tam orta məktəbin şagirdi Səbinə
Daşdəmirova, 2-ci yerə Zaqatala rayon Yuxarı Tala kənd 2 saylı tam orta
məktəbin şagirdi Məryəm Qazıyeva və Balakən rayon Poşbinə kənd 1 saylı tam orta
məktəbin şagirdi Həlimə Ömərova, 3-cü yerə isə Zaqatala rayon Dağlı kənd
məktəbinin şagirdi Sevinc Əmirova və Balakən rayon Katex-zavod kənd tam orta
məktəbin şagirdi Alvina Velixanova layiq görülüblər. Qaliblərə müvafiq
diplomlar, plaketlər və hədiyyələr təqdim edilib. Həmçinin, müsabiqədə iştirak
edən bir qrup məktəbli həvəsləndirici mükafatlara layiq görülüblər.
Sonda
məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram,
hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, həmçinin
özfəaliyyət kollektivlərinin çıxışları təqdim olunub.