• cümə, 29 Mart, 17:38
  • Baku Bakı 14°C

Zaqatalada fındıq festivalı keçirilib

18.11.17 17:28 5436
Zaqatalada fındıq festivalı keçirilib
Zaqatalada ilk dəfə "Fındıq-qoz-şabalıd” adlı beynəlxalq festival keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, festivalda rayon rəhbərliyi ilə yanaşı, millət vəkilləri və xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər.

Festival iştirakçılarına Zaqatala rayonu, bu bölgənin qədimlərə söykənən fındıqçılıq ən-ənələri barədə geniş məlumat verilib. Sonra qonaqlar rayon iqtisadiyyatının əsasını təşkil edən fındıq, qoz və şabalıddan hazırlanan maraqlı əl işlərinə baxıblar, rayonun, o cümlədən bölgənin zəngin mətbəx nümunələrindən dadıblar.

Festival zamanı rayonda fəaliyyət göstərən dərnəklərin, təhsil və tədris mərkəzlərinin yetirmələrinin ifasında rəqs və musiqi nömrələri səslənib.
banner

Oxşar Xəbərlər