• cümə axşamı, 25 aprel, 03:58
  • Baku Bakı 19°C

Zaqatalada avtomobil yolunun tikintisinə 9 mln. manat ayrılıb

05.08.17 21:13 2108
Zaqatalada avtomobil yolunun tikintisinə 9 mln. manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevZaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 mln. manatı "Azəravtoyol" ASC-yə ayrılıb.
banner

Oxşar Xəbərlər