• şənbə, 27 Aprel, 05:29
  • Baku Bakı 14°C

Zaqatalada 6 yaşlı uşağı maşın vurdu

11.10.13 17:54 1403
Zaqatalada 6 yaşlı uşağı maşın vurdu
Zaqatalada uşağı maşın vurub. APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Danaçı yolunun Makov kəndindən keçən hissəsində qeydə alınıb.
Makov kənd sakini Rəcəbov Yusif Rəcəb oğlu idarə etdiyi “BMW” markalı, 62 BG 637 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən yolu keçmək istəyən həmin kəndin sakini, 2007 - ci il təvəllüdlü Qardaşov Ramazan Mamed oğlunu vurub. Qəza nəticəsində ağır kəllə-beyin xəsarətləri alan 6 yaşlı Ramazan Qardaşov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, R.Qardaşovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
banner

Oxşar Xəbərlər