• cümə, 29 Mart, 09:44
  • Baku Bakı 5°C

Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub

19.06.18 10:15 772
Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub

Zaqatalada keçmiş məhkum küllü miqdarda narkotik vasitəni satarkən iş başında tutulub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib. Tədbir nəticəsində əvəllər CM-nin müvafiq maddələri ilə bir-neçə dəfə məhkumluq həyatı yaşayan, rayonun Dağlı kənd sakini 1977-ci il təvəllüdlü Elxan Ramazan oğlu Yusifov 1 kq 815 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuananı satmaq istəyərkən elə iş başında saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
banner

Oxşar Xəbərlər