• cümə axşamı, 28 mart, 20:34
  • Baku Bakı 13°C

Zaqatalada 11-ci sinif şagirdi intihar edib

18.11.13 17:02 1373
Zaqatalada 11-ci sinif şagirdi intihar edib
Zaqatala Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində baş verib.
Zaqatala rayonu Danaçı kənd sakini, 1996-cı il təvəllüdlü Ayzanat Yusif qızı Mehdiyeva özünü yaşadığı evdə asaraq intihar edib.
A. Mehdiyevanın hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Zaqatala Rayon Prokurorluğundan APA-ya o da bildirilib ki, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidir.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər