• cümə axşamı, 25 aprel, 03:11
  • Baku Bakı 19°C

Zaqatala sakininin axtarışlarına helikopter cəlb edilib

25.07.18 10:45 563
Zaqatala sakininin axtarışlarına helikopter cəlb edilib
24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

APA-nınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Q.İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.​
banner

Oxşar Xəbərlər