• cümə axşamı, 28 mart, 12:24
  • Baku Bakı 16°C

Zaqatala sakini yanan təndirə düşdü

25.09.13 17:33 1404
Zaqatala sakini yanan təndirə düşdü
Zaqatala rayon sakini təndirdə yanıb. Zaqatala rayon Polis ŞöbəsindənAPA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
Zaqatala rayonu Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədəminova Pirdovus Şaban qızı yaşadığı evin həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə düşüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan verilən məlumata görə, Pirdovus Məmmədəminova təndirə düşməsi nəticəsində yuxarı və aşağı ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər