• cümə axşamı, 28 mart, 19:05
  • Baku Bakı 13°C

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib

23.07.14 13:38 2411
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir. ETSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, 22 iyul 2014-cü il tarixində daxil olmuş operativ məlumat əsasında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində operativ reyd keçirib. Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib. Eyni zamanda sözügedən ərazidə Nazirliyin əməkdaşıarı tərəfindən 1 ədəd çadır aşkarlanaraq ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılaraq götürülmüş materiallar onlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər