• çərşənbə, 24 Aprel, 01:43
  • Baku Bakı 14°C

Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakı müsadirə oluna bilər

18.01.19 10:21 535
Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakı müsadirə oluna bilər
Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədriCahangir Hacıyevin həyat yoldaşıZamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.
Bu barədə "Report" Britaniya KİV-inə istinadən xəbər verir.
Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenəimtina edib.
Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşıZamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Ötən il noyabrın 8-də isəZ.Hacıyeva zaminə buraxılıb.
banner

Oxşar Xəbərlər