• cümə axşamı, 28 mart, 18:04
  • Baku Bakı 13°C

Zakir Qaralov: “Ötən il respublikada ictimai rezonansa səbəb olan ağır cinayətlər törədən şəxslər ifşa olunub"

05.01.18 18:05 735
Zakir Qaralov: “Ötən il respublikada ictimai rezonansa səbəb olan ağır cinayətlər törədən şəxslər ifşa olunub"
Ötən il respublikada ictimai rezonansa səbəb olan ağır cinayətləri törədən şəxslər ifşa olunub.

APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, bu barədə Baş prokurorZakir QaralovBaş Prokurorluğun struktur qurumları tərəfindən 2017-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib: "Ötən il digər hüquq mühafizə orqanları ilə, ilk növbədəDaxili İşlər Nazirliyiilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri ilk növbədə Prezidentİlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, "Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

Z. Qaralov həmçinin qeyd edib ki, Prezidentiİlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2017-ci ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib.
banner

Oxşar Xəbərlər