• cümə axşamı, 28 mart, 21:23
  • Baku Bakı 13°C

Zakir Qaralov "FETÖ işi"ndən danışıb

08.11.16 19:06 1136
Zakir Qaralov "FETÖ işi"ndən danışıb
Baş prokuror Zakir Qaralov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Zakir Qaralov mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq Türkiyədə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycan hüquq-mühafizə orqanlarının aktiv fəaliyyətindən danışıb.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən səfir E. Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər