• şənbə, 20 Aprel, 17:53
  • Baku Bakı 23°C

Zakir Nuriyev: “Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır”

23.11.17 11:50 1444
Zakir Nuriyev: “Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır”
"Yeni "mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır”.
"APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, həyata keçiriləcək siyasətin əsasında ehtiyatlılıq, mərhələlik və eyni zamanda qeyri-monetar inflyasiyanın azaldılması durmalıdır.
"Yeni "mülayim-yumşaq” pul-kredit siyasətinə keçid ilə əlaqədar olaraq monetar və nəzarət orqanları məhdudlaşdırıcı siyasətdən stimullaşdırıcı pul-kredit siyasətinə keçməli, inflyasiyanın hədəflənməsi ilə yanaşı UDM artımına, uzunmüddətli kreditlərin aşağı faizli olmasına və manatın volatilliyinin aşağı salınmasına hədəflənməlidirlər. İnflyasiyanın artmasından ehtiyatlanmadan iqtisadiyyatın aşağı monetarizasiya şəraitindən, yavaş-yavaş pul təklifini artırmaqla geniş bazaya keçmək lazımdır. Yeni pullar isə tam həcmdə, məqsədli şəkildə, geri qaytarılan kreditlər formasında real sektora investisiyaların stimullaşdırılmasına yönəldilməlidir”, - deyə Z.Nuriyev vurğulayıb.
Z.Nuriyev qeyd edib ki, neft aktiv deyil, vasitə olmalıdır. Onun sözlərinə görə, əsas aktiv insanlar, bilik və texnologiyalar olmalıdır.
banner

Oxşar Xəbərlər