• cümə, 19 Aprel, 23:05
  • Baku Bakı 24°C

Zakir Nuriyev: "Mövsümi amillər manata sistemli təsir etmir"

21.06.17 14:40 1291
Zakir Nuriyev: "Mövsümi amillər manata sistemli təsir etmir"
"Manatın məzənnəsi iqtisadiyyatda gedən proseslərin təsiri altında daim dəyişəcək".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
"Manatın məzənnəsinin hər hansı fiksə olunmuş səviyyədə dayanmasını gözləmək lazım deyil. İqtisadiyyatda gedən proseslərə əsasən məzənnə formalaşacaq. Sərbəst üzən məzənnə rejiminə uyğun olaraq məzənnənin enişi də olacaq, yüksəlişi də. Başqa sözlə, volatilliyin olması normaldır", - deyə Z.Nuriyev qeyd edib.
Mövsümü amillərin manatın məzənnəsinə təsirindən danışan Z.Nuriyev qeyd edib ki, müəyyən dövr ərzində bu amillərin məzənnəyə sistemli təsirini gözləmək doğru deyil: "Məzənnə bir çox parametrlərlə tənzimləndiyi üçün mövsümi amillərin ona təsiri güclü deyil".
banner

Oxşar Xəbərlər