• şənbə, 20 Aprel, 16:05
  • Baku Bakı 23°C

Zakir Həsənovdan işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı açıqlama

24.06.15 11:46 1103
Zakir Həsənovdan işğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı açıqlama
“Düşmən ordusunda əsgər çatışmazlığı elə həddə çatıb ki, erməni tərəfi Livan və Suriyadan muzdlular cəlb edir”
“Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır”.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.
Zakir Həsənov bildirib ki, bunun günahkarı kriminal Ermənistan rejimi, onun başçılarıdır: “Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir”.
banner

Oxşar Xəbərlər