• şənbə, 20 Aprel, 14:56
  • Baku Bakı 23°C

Zakir Həsənov Türkiyəyə rəsmi səfər edəcək

24.03.18 13:10 641
Zakir Həsənov Türkiyəyə rəsmi səfər edəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin saytı yayıb. Rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.
banner

Oxşar Xəbərlər