• cümə axşamı, 25 aprel, 09:46
  • Baku Bakı 14°C

Zakir Həsənov NATO-nun mənzil-qərargahında çıxış edib

27.02.14 18:52 1799
Zakir Həsənov NATO-nun mənzil-qərargahında çıxış edib
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən iclasında iştirak edib.
Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizliyin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstandakı cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək) və onun başlaması üçün lazımi olan hüquqi çərçivənin son vəziyyəti müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycanın müdafiə naziri ölkəmizin Əfqanıstana cari dəstəyini qeyd edib və NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına töhfə verməyə davam edəcəyini bir daha təsdiq edib.
Brüsselə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, Latviyanın müdafiə naziri Raymonds Vejonis və NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
banner

Oxşar Xəbərlər