• şənbə, 20 Aprel, 14:46
  • Baku Bakı 23°C

Zakir Həsənov Gürcüstan prezidenti ilə görüşüb

29.05.14 16:56 1112
Zakir Həsənov Gürcüstan prezidenti ilə görüşüb
Gürcüstana səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş jurnalistlər üçün qapalı keçirilib.
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Gürcüstan dostluq münasibətləri və digər vacib məsələlər müzakirə olunub.
Mayın 30-da Azərbaycanın müdafiə naziri həmkarı İrakli Alasaniya ilə birlikdə Batumidə Gürcüstanın Polis Gününə həsr olunan tədbirə qatılacaq.
Z. Həsənovun Batumidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü də gözlənilir.
banner

Oxşar Xəbərlər