• çərşənbə axşamı, 16 aprel, 10:51
  • Baku Bakı 14°C

Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib

10.05.18 10:40 546
Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib
İzmir şəhərində keçirilən "Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da "Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olub.
Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.
banner

Oxşar Xəbərlər