• cümə, 19 Aprel, 11:54
  • Baku Bakı 13°C

Zakir Həsənov bir sıra hərbi obyektlərin açılışını etdi

14.05.18 18:30 517
Zakir Həsənov bir sıra hərbi obyektlərin açılışını etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

Müdafiə NazirliyindənLent.az-a verilən xəbərə görə, müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.


Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.
banner

Oxşar Xəbərlər