• çərşənbə axşamı, 23 aprel, 14:22
  • Baku Bakı 24°C

Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları-2018"in açılışında iştirak edib

28.07.18 14:45 467
Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları-2018"in açılışında iştirak edib
Rusiyada "Beynəlxalq Ordu Oyunları-2018" yarışlarının açılış mərasimi keçirilib.
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Moskva vilayətinin Alabino hərbi poliqonunun "Patriot" hərbi parkında keçirilən mərasimdə Rusiyanın müdafiə naziri ordu generalıSergey Şoyqu, Azərbaycanın müdafiə naziri general-polkovnikZakir Həsənov, Belarusun müdafiə naziri general-leytnant Andrey Ravkov, Qazaxıstanın müdafiə naziri general-polkovnik Saken Jazusakov və bir sıra ölkələrin Baş Qərargah rəisləri iştirak ediblər.
Mərasimdə "Beynəlxalq Ordu Oyunlar-2018" yarışlarında iştirak edən ölkələrin hərbçilərinin paradı keçirilib.
Açılış mərasimində çıxış edən Rusiyanın müdafiə naziriSergey Şoyquyarışların iştirakçıların salamlayıb. O, sayca dordüncü dəfə keçirilən Beynəlxalq Ordu Oyunları barədə məlumat verib və yarışların iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunlar-2018" yarışlarında Avropa, Asiya, Afrika və Latın Amerikasının 32 ölksindən olan hərbçilər iştirak edirlər.
İyulun 28-dən avqustun 11-dək davam edəcək yarışlar Rusiya ilə bərabər Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Çin və İranın poliqonlarında da keçirilək.
Yarışlara bu gün Moskva vaxtı ilə 12:00-da "Patriot" hərbi parkında start veriləcək. Beynəlxalq Ordu Oyunlarıda ümumilikdə 28 müsabiqə keçiriləcək. Bunlar "Tank biatlonu" , "Dəniz kuboku”, "Birlik döyüşçüsü”, "Snayper sərhədi”, "Artilleriya atəşi ustası”, "PUA heyətlərinin yarışları”, "Silahdüzəldən usta”, "Aviadarts”, "Desant bölüyü, ”Təmiz səma”, "Təhlükəsiz mühit”, "Suvorov hücumu", "Hərbi ralli" və digər müsabiqələrdir. Bu yarışlardan 17-si Rusiya ərazisində, 4-ü Çində, 3-ü Qazaxıstan, Azərbaycan, İran, Ermənistan və Belarusda isə 1 yarış keçiriləcək.
banner

Oxşar Xəbərlər