• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Zakir Həsənov Belarusa gedir

20.02.18 14:20 612
Zakir Həsənov Belarusa gedir
Müdafiə naziri, general-polkovnikZakir HəsənovBelarusun müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

MN-dən APA-ya verilən məlumata görə, işgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər