• çərşənbə axşamı, 16 aprel, 12:32
  • Baku Bakı 19°C

Zakir Həsənov ağır texnikanı cəbhə xəttinə yeritdi

02.08.14 11:20 1266
Zakir Həsənov ağır texnikanı cəbhə xəttinə yeritdi
Goranboy istiqamətindən Azərbaycan Ordusuna məxsus ən müasir tanklar və zirehli döyüş maşınları cəbhə xəttinə göndərilib. Hazırda cəbhədə olan general-polkovnik Zakir Həsənovun əmrilə Azərbaycan Ordusu birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib və ağır hərbi texnika cəbhə xəttinin ən qaynar istiqamətlərinə çıxarılıb.
Hazırlıq əməliyyatlarına Zakir Həsənovun səhra qərargahından şəxsən nəzarət etdiyi qeyd olunur.
Xatırladaq ki, az öncə cəbhənin Tərtər istiqamətindən hərbi helikopterlər və qırıcıların havaya qaldırılması barədə məlumat vermişik. Qarşı tərəfdə hər hansı fəallıq müşahidə olunmur. (axar.az)
banner

Oxşar Xəbərlər