• cümə axşamı, 25 aprel, 17:51
  • Baku Bakı 23°C

Zahid Qaralov vəfat etdi

07.01.15 11:25 364
Zahid Qaralov vəfat etdi
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, tanınmış ictimai-siyasi xadim Zahid Qaralov vəfat edib
YAP-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Qaralov 81 yaşında Almaniyada dünyasını dəyişib. Bir aya yaxındır Almaniyada müalicə olunan Z. Qaralov insultdan vəfat edib.
Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professoru, respublikanın əməkdar müəllimi olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru təyin edilib. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub. Z. Qaralov məşhur "91-lər"dən biri idi.
banner

Oxşar Xəbərlər