• şənbə, 20 Aprel, 01:18
  • Baku Bakı 15°C

Zahid Oruc: “Gəncədə baş vermiş hadisə dövlətə qarşı qəsd əməlidir”

11.07.18 15:45 760
Zahid Oruc: “Gəncədə baş vermiş hadisə dövlətə qarşı qəsd əməlidir”
"Ötən gün Gəncədə baş vermiş iğtişaş Azərbaycan dövlətinə qarşı qəsd əməlidir”.
Bunu APA-ya açıqlamasındaMilli Məclisin deputatıZahid Orucdeyib.
Deputat bildirib ki,qanundan, hüquqdan, ölkənin dini etiqad azadlıqları mühitindən kənarda özünü hiss edən və bəlkə də Azərbaycanda yad ssenariləri həyata keçirmək istəyən dairələr Gəncəni bir məkan kimi seçiblər. O qeyd edib ki, Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı həyata keçirilənsui-qəsd əməlindən sonra iğtişaşın real müstəviyə çıxması zaman məsələsi olub: "Yunis Səfərov adlı terrorçunun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı həyata keçirdiyi sui-qəsd əməlinin alt qatında dayanan səbəblər qətiyyən məişət hadisələri deyildi. Namus, qeyrət, hamilə bacı söhbətlərinin uydurma olduğu ortaya çıxdı. Qısa müddət ərzində həmin şəxsin boyuna biçilən obrazlar darmadağın edildi və Gəncə üzərində müxtəlif təxribatlara, iğtişaşlara və toqquşmalara çalışan qrupların əsl məqsədlərini görmək o qədər də çətin olmadı. Biz bütün bunları sosial şəbəkələrdə ayrı-ayrı paylaşımlarda görürdük. Yəni hadisənin real bir müstəviyə çıxması zaman məsələsi idi. Məlum terror olayından sonra, bir həftə ərzində sanki ictimai rəydə müəyyən adamları öz torlarına salmaq, hadisələri hakimiyyət orqanlarına qarşı xalq üsyanı səviyyəsində təqdim etmək, Gəncəni müstəqil Azərbaycan dövlətçiliyinin əleyhinə qaldırmaq niyyətlərini də pərdələmək olmurdu. Bununla belə, yüz minlərlə Gəncə sakini bu təxribatlara meydan vermədi, bu çağırışlara qoşulmadı. Sayları 200-ə yaxın olan başıpozuq dəstənin, haradan və necə əmələ gəldiyi barədə çox güman ki, qarşıdakı vaxtlarda yetərli məlumatlar veriləcək”.
Z. Oruc on illər ərzində Azərbaycan dövləti tərəfindən Gəncədə dini abidələrin – ziyarətgahların, məscidlərin təmir edildiyini, mühafizə olunub qorunduğunu vurğulayıb: "İmamzadə ziyarətgahından ta Şah Abbas məscidinə kimi mədəniyyət abidələrimizi görməzdən gəlib, kimisə din əleyhinə mübarizə aparır kimi təqdim etmək heç bir halda Azərbaycanın gerçək mənzərəsi sayıla bilməz. Hər birimiz polis zabitlərinin qətlini pisləməklə yanaşı, o adamlara qarşı tuşlanan silahların, zərbələrin həqiqi mənada vətəndaşlarımızın təhlükəsizliyi və sabitliyi əleyhinə olduğunu da görməliyik.”
Millət vəkili qeyd edib ki, Gəncəni Bakıya qarşı qoymaq, vaxtilə ölkənin paytaxtı olan, böyük dövlətçilik tarixinə malik bir şəhəri Nardarana, yaxud da Bakını Dəməşqə çevirmək ssenariləri baş tutmayacaq: "Çoxları təəccüb edirdilər ki, 90-cı illərdə böyük neft müqavilələrindən sonra baş verən təxribatlar, sui-qəsdlər nə əcəb indi gerçəkləşmir? Necə olur ki, Azərbaycan prezidentiİlham Əliyevin böyük gücü, iradəsi və liderliyi altında Şimalla Cənub, Şərqlə Qərb Bakıda siyasi-iqtisadi mənada birləşir, əl tutub görüşür. Necə olur ki, bu sadaladıqlarım sabitlik şəraitində baş verir? Deməli bunu həzz etməyən qüvvələr mövcuddur. Kimsə Niderland Krallığında oturub Yunis Səfərovu "qəhrəman” elan edir, onun müdafiə komitəsini yaradır. O adam Qarabağ adına, ölkəmizin siyasi gələcəyi üçün mübarizə apara bilərmi?! Həqiqətən silahlı vasitələrlə gələcək qurmaq mümkündür? Əsla yox! Bu demokratiya adına qələmə verilə bilməz. Ona görə də sabitliyimizin əleyhinə olan ssenarilərin hamısına bir millət olaraq "yox” deməyi bacarmalıyıq”.
banner

Oxşar Xəbərlər