• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

Zahid Oruc: “Azərbaycan məsələsində Türkiyənin bütün partiyaları həmrəylik nümayiş etdirdi”

19.01.21 12:37 386
Zahid Oruc: “Azərbaycan məsələsində Türkiyənin bütün partiyaları həmrəylik nümayiş etdirdi”
"Türkiyə siyasi palitra cəhətdən olduqca müxtəlif ölkədir, ancaq Azərbaycan məsələsində Türkiyənin bütün partiyaları həmrəylik nümayiş etdirdi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, onlar sağlamlıqları bahasına Qarabağ məsələsində bizim yanımızda oldular, erməni təxribatı törədilən ərazilərə səfərlər etdilər: "Türkiyə Parlamentinin İnsan hüquqları komissiyasının apardığı təhlillər, müşahidələr yüksək qiymətləndirilməlidir. Onlar erməni təxribatının ağır nəticələrini beynəlxalq aləmə çatdırmaqda israrlıdırlar”.

banner

Oxşar Xəbərlər