• cümə axşamı, 25 aprel, 17:44
  • Baku Bakı 23°C

Öz yaşadığı evi yandırdı

20.06.13 18:04 1407
Öz yaşadığı evi yandırdı
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu, elə həmin evdə yaşayan 37 yaşlı Azər Əlizadədir. O, ev sahibi – anası Solmaz Əlizadənin Kəpəz Rayon Polis İdarəsinə müraciəti əsasında istintaqa cəlb olunub.
Azər Əlizadənin günahının olub-olmması bundan sonrakı polisin araşdırmaları və FHN-in Gəncə Regional YMİ-nin ilkin təhqiqatının nəticəsinə əsasən məlum olacaq. Qeyd edək ki, Gəncə şəhər Natəvan qəsəbəsi mənzil 5 ünvanında baş verən yanğın nəticəsində
62 yaşlı Solmaz Əlizadəyə məxsus ikiotaqlı ev əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Gəncə Şəhər Baş Polis İdarəsindən Kəpəz TV-yə verilən məlumata görə, A. Əlizadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, Solmaz Əlizadənin digər oğlu da həbsdədir və anası, tüfeyli həyat tərzi keçirdiyinə görə, Azər Əlizadədən də narazıdır. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər