AZE | RUS | ENG |

Yüz film “Qızıl nar” uğrunda yarışacaq

Yüz film “Qızıl nar” uğrunda yarışacaq
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının finalçıları bəlli olub

Noyabrın 14-dən 17-dək Bakıda Mədəniyyət Gənclər və İdman nazirlikləri, "SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə IX "START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilati dəstək qismində iştirak edir.

AZƏRTAC xəbər verir ki, əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən 490 film göndərilib.

Təqdim olunan filmlər festivalın təşkilat komitəsinin təyin etdiyi üç nəfərdən ibarət seçim komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib. Seçim komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film beynəlxalq, 28 film isə yerli müsabiqədə "Qızıl nar” uğrunda mübarizəyə qoşulur.

Təşkilat komitəsi beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb. Belə ki, qaliblər "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film”, "Ən yaxşı animasiya filmi”, "Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı "Ən yaxşı bədii film rejissoru, "Ən yaxşı sənədli film rejissoru”, "Ən yaxşı animasiya film rejissoru”, "Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Yerli müsabiqədə "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film”, "Ən yaxşı animasiya filmi”, "Ən yaxşı rejissor”, "Ən yaxşı prodüser”, "Ən yaxşı ssenari”, "Ən yaxşı operator” nominasiyaları üzrə müəyyənləşəcək qalibləri üç yerli mütəxəssisdən ibarət münsiflər heyəti seçəcək.

Festivalda ilk dəfə reallaşan "Cinemobil” – telefonla çəkilmiş film müsabiqəsinə təqdim olunan 15 filmdən yalnız 3-ü onlayn səsverməyə çıxarılacaq. Təqdim olunan 10 kino layihədən də 3-ü "Pitçinq”də müzakirə olunacaq.

Festival filmləri noyabrın 14-17-də Nizami Kino Mərkəzi, "CinemaPlus-28 Mall” kinoteatrında saat 12.00-dan 16.00-dək nümayiş olunacaq. Dörd günlük kinoforumda filmlərin nümayişi ilə yanaşı, Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş xüsusi proqram, ustad dərsləri, sənət müzakirələri təşkil ediləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178