• cümə axşamı, 25 aprel, 06:06
  • Baku Bakı 14°C

Yuxunun qızıl ortası

14.02.17 13:30 1323
Yuxunun qızıl ortası
Yatmaq yemək yemək və ya su içmək kimi ən önəmli ehtiyaclarımızdan biridir. Bəzilərimiz az, bəzilərimiz də çox yatırıq. Bəzilərimizin də keyfiyyətsiz yuxusu olur. Ancaq yuxunun müddəti qədər keyfiyyətli olub-olmaması da önəmlidir. Az yatdığımız zaman adətən əsəbi, unutqan və yorğun oluruq. Ancaq çox yatdığımız zaman bundan şikayət etmirik. Sadəcə olaraq, çox yatdığımzı zaman bəzən baş və bel ağrılarımız olur. Halbuki az yatmaq qədər, çox yatmağımız da zərərlidir. Gecə yatarkən 6 saatdan az yatmaq beyin insultu və infarkt keçirmə riskini ikiqat artırır. Gecə yatarkən 6 saatdan az yatanların ürək çatışmazlığına tutulma riski də ikiqat artır. Az yatmağın xüsusilə də ürək-damar sisteminə olduqca pis təsiri var. Az yatmağın sağlamlığımıza çox pis təsir etdiyi artıq bilinir. Az yatmaq sağlamlığımız üçün zərərlidirsə, çox yatmağın sağlamlığımız üçün faydalı olduğunu düşünə bilərik. Bu şəkildə düşünülsə də, əslində gecə 8 saatdan çox yatmaq bir insanın infarkt keçirmə riskini artırır.
Yəni çox yatanlar daha çox infarkt keçirirlər. Çox yatdığımız zaman kökəlmə, şəkərli diabet xəstəliyinə tutulma, insult keçirmə və cavan yaşlarda ölmə riskimiz də artar. Ayrıca, çox yatan insanlarda depressiya riski də çox olur. Məsələn, gecə 9 saatdan çox yatanların yarısında depressiya ortaya çıxır. Digər tərəfdən, çox yatan insanlar adətən depressiv olur. Yeni depressiyada olan insanlar çox yatırlar. Ona görə də çox yatan insanlar mütləq psixiatr tərəfindən müayinə edilməlidirlər. Depressiya çox yatmağın həm səbəbi həm də nəticəsi ola bilər. Nəticə olaraq, az yatdığımız zaman da, çox yatdığımız zaman da ölmə riskimiz artar. Qısaca olaraq onu deyim ki, az yatmaq da çox yatmaq da ömrümüzdən ömür alır. Daha maraqlısı da odur ki, çox yatmaq, az yatmaqla müqayisədə sağlamlığımız baxımından daha təhlükəlidir. Çox yatmağın bizim üçün nə səbəbdən zərərli olduğu tam olaraq bilinmir. Ancaq çox yatan insanlarda bilinməyən gizli xəstəliklərin ola biləcəyi güman edilir. Sizə daha maraqlı bir məlumat verim. Süni mayalanma yolu ilə hamilə qalmaq istəyən və 8 saatdan çox yatan qadınların hamilə qalma ehtimalları azalır. Bunun səbəbi böyük ehtimalla hormonal dəyişmələrdir. Nəticə olaraq, gecə yatarkən 6-8 saat yatmağın insan sağlamlığı baxımından, ən ideal müddət olduğunu deyə bilərik.
Az və ya çox yatmaq qədər, yuxusuzluq da infarkt keçirmə riskini artırır. Yuxusuzluq deyərkən yuxuya getməkdə çətinlik çəkməyi və ya yuxudan tez-tez oyanmağı və ya fasiləli yuxunun olmasını nəzərdə tuturam. Məsələn, hər axşam yuxuya getməkdə çətinlik çəkənlərdə infarkt keçirmə riski 1.5 qat, axşamları yata bilməyənlərdə və ya yuxudan tez-tez oyananlarda bu risk birə üç qat artar.
Son söz: Gecə 6-8 saat yatmaq insan sağlamlığı baxımından ən ideal müddətdir. Az yatmaq da, çox yatmaq da ömrümüzdən ömür alır. Yuxularınızı qaçıracaq səhiyyə problemlərinizin ortaya çıxmaması üçün gecə 6-8 saat yatmaq daha məsləhətlidir. Normadan az və ya çox yatan insanların və ya yuxusuzluqdan əziyyət çəkənlərin mütləq həkimə müraciət etmələri lazımdır.
Uzm. Dr. Yalçın Velibey,
Kardiyoloji Uzmanı
banner

Oxşar Xəbərlər