AZE | RUS | ENG |


Yuxunun qızıl ortası

Yuxunun qızıl ortası
Yatmaq yemək yemək və ya su içmək kimi ən önəmli  ehtiyaclarımızdan biridir. Bəzilərimiz az, bəzilərimiz də çox  yatırıq. Bəzilərimizin də keyfiyyətsiz yuxusu olur. Ancaq yuxunun müddəti qədər keyfiyyətli olub-olmaması da önəmlidir. Az yatdığımız zaman adətən əsəbi, unutqan  və  yorğun oluruq. Ancaq çox yatdığımız zaman bundan şikayət  etmirik. Sadəcə olaraq, çox yatdığımzı zaman bəzən baş və  bel ağrılarımız olur. Halbuki az yatmaq qədər, çox  yatmağımız da zərərlidir. Gecə yatarkən 6 saatdan az yatmaq  beyin insultu və infarkt keçirmə riskini ikiqat artırır. Gecə yatarkən 6 saatdan az yatanların ürək çatışmazlığına tutulma riski də ikiqat artır. Az yatmağın xüsusilə də ürək-damar  sisteminə olduqca pis təsiri var. Az yatmağın sağlamlığımıza  çox pis təsir etdiyi artıq bilinir. Az yatmaq sağlamlığımız  üçün zərərlidirsə, çox yatmağın sağlamlığımız üçün faydalı olduğunu düşünə bilərik. Bu şəkildə düşünülsə də, əslində  gecə 8 saatdan çox yatmaq bir insanın infarkt keçirmə riskini  artırır.
 
Yəni çox yatanlar daha çox infarkt keçirirlər. Çox  yatdığımız zaman kökəlmə, şəkərli diabet xəstəliyinə tutulma, insult keçirmə və cavan yaşlarda ölmə riskimiz də artar.  Ayrıca, çox yatan insanlarda depressiya riski də çox olur. Məsələn, gecə 9 saatdan çox yatanların yarısında depressiya ortaya çıxır. Digər tərəfdən, çox yatan insanlar adətən depressiv olur. Yeni depressiyada olan insanlar çox yatırlar. Ona görə də çox yatan insanlar mütləq psixiatr tərəfindən  müayinə edilməlidirlər. Depressiya çox yatmağın həm səbəbi  həm də nəticəsi ola bilər. Nəticə olaraq, az yatdığımız zaman  da, çox yatdığımız zaman da ölmə riskimiz artar. Qısaca  olaraq onu deyim ki, az yatmaq da çox yatmaq da  ömrümüzdən ömür alır. Daha maraqlısı da odur ki, çox  yatmaq, az yatmaqla müqayisədə sağlamlığımız baxımından  daha təhlükəlidir. Çox yatmağın bizim üçün nə səbəbdən  zərərli olduğu tam olaraq bilinmir. Ancaq çox yatan  insanlarda bilinməyən gizli xəstəliklərin ola biləcəyi güman  edilir. Sizə daha maraqlı bir məlumat verim. Süni  mayalanma  yolu ilə hamilə qalmaq istəyən və 8 saatdan çox yatan qadınların hamilə qalma ehtimalları azalır. Bunun səbəbi  böyük ehtimalla hormonal dəyişmələrdir. Nəticə olaraq, gecə yatarkən 6-8 saat yatmağın insan sağlamlığı baxımından, ən ideal müddət olduğunu deyə bilərik.  

Az və ya çox yatmaq qədər, yuxusuzluq da infarkt keçirmə  riskini artırır. Yuxusuzluq deyərkən yuxuya getməkdə çətinlik  çəkməyi və ya yuxudan tez-tez oyanmağı və ya fasiləli yuxunun olmasını nəzərdə tuturam. Məsələn, hər axşam yuxuya getməkdə çətinlik çəkənlərdə infarkt keçirmə riski 1.5  qat, axşamları yata bilməyənlərdə və ya yuxudan tez-tez  oyananlarda bu risk birə üç qat artar. 
 
Son söz: Gecə 6-8 saat yatmaq insan sağlamlığı baxımından ən ideal müddətdir. Az yatmaq da, çox yatmaq da  ömrümüzdən ömür alır. Yuxularınızı qaçıracaq səhiyyə  problemlərinizin ortaya çıxmaması üçün gecə 6-8 saat yatmaq daha məsləhətlidir. Normadan az və ya çox yatan insanların və ya yuxusuzluqdan əziyyət çəkənlərin mütləq həkimə müraciət  etmələri lazımdır.
 
Uzm. Dr. Yalçın Velibey,
Kardiyoloji Uzmanı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3022
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6445
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0368
CHF 1 İsveçrə frankı 1.7698
USD 1 ABŞ dolları 1.7007