AZE | RUS | ENG |

“Yuxarıda Allah var" işarəsi göstərən futbolçu qovuldu

“Yuxarıda Allah var
Türkiyənin "Rizəspor” klubunun prezidenti Hasan Kartal, "Beşiktaş”a məğlub olduqları oyunu (1:4) şərh edib.
 
Kaspi.az xəbər verir ki, Kartal Türkiyə mətbuatına maraqlı açıqlama verib. O, Video Köməkçi Hakim (VAR) sistemindən şikayətlənib:
 
"Futbolçumuz Orxan Ovacıklı VAR sistemi ilə oyundan kənarlaşdırıldı. Əleyhimizə bir penalti verildi, ancaq "Beşiktaş”lı Domaqoy Vidanın epizodunda isə heç videotəkrara baxılmadı. VAR sistemi bütün komandalar üçün bərabər səviyyədə olmalıdır.
 
VAR sistemi ilə verilən penalti epizodu düzgün qərar deyildi. Ancaq futbolçumuz sarı vərəqə ilə cəzalandırıldı. "Beşiktaş” penalti vuruşundan yararlana bilməyəndə, "yuxarıda Allah var” işarəsi göstərən futbolçumuza ikinci sarı vərəqə göstərildi və meydandan qovuldu. Yuxarıda Allah yoxdur ki?
 
Meydanda 9 nəfərlə olmağımıza baxmayaraq, futbolçularımız canla-başla mübarizə apardılar”. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN