• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir

15.04.18 12:21 719
"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir
Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşıtəhdid edilir.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Twitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.
Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.
Qeyd edək ki, Maykl Oliver İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.
Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.
banner

Oxşar Xəbərlər