• cümə axşamı, 18 aprel, 18:06
  • Baku Bakı 21°C

“Yuve”lilər alqışladı, Zidan əlini başına atdı, o isə təzim etdi

04.04.18 11:10 644
“Yuve”lilər alqışladı, Zidan əlini başına atdı, o isə təzim etdi
"Real” Çempionlar Liqasının 1/4 finalının ilk qarşılaşmasında səfərdə "Yuventus”a 3:0 hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər verir ki, Kriştiano Ronaldo bu qarşılaşmada dubl edib. Onun 2-ci qolu möhtəşəm alınıb.
Portuqaliyalı akrobatik vuruşla topu qapıya göndərib. Qol o qədər gözəl alınıb ki, "Real”ın baş məşqçisi Zinəddin Zidan heyrətdən əlini başına atıb.
"Yuventus” fanatları da bu qola biganə qala bilməyiblər. Onlar Ronaldonu alqışlayıblar. Cavabında portuqaliyalı futbolçu fanatlara təzim edib.
banner

Oxşar Xəbərlər