AZE | RUS | ENG |


Yusuf Məmmədəliyev: "Prezident və I vitse-prezidentin rəhbərliyi altında uğur qazanan gənclər olacaq"

Yusuf Məmmədəliyev:
"Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması etimadın göstəricisidir. Biz də çalışıb, bu ümidi doğruldacağıq".

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev Prezident yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə söyləyib. 
 
Y. Məmmədəliyev deyib ki, əsas məqsəd Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan gəncliyinin cavanlığı onun zəif cəhəti yox, üstünlüyüdür. Gənclərimizin intellektual və yaradıcılıq qabiliyyətinin ortaya çıxarılması, həyata keçirilən layihələr bundan sonra da sürətlə davam etdiriləcək. Prezident və birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq. Layiqli vətəndaş olmaq üçün Vətəninizi sevin, sağlamlığınızı qoruyun. Eyni zamanda səmərəli işdən sonra istirahət edin. Asudə istirahət daha səmərəli işə kömək edir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008