• cümə, 19 Aprel, 06:18
  • Baku Bakı 13°C

Yusif Eyvazov Kral Opera Teatrında çıxış edəcək

20.01.18 12:40 898
Yusif Eyvazov Kral Opera Teatrında çıxış edəcək
Martın 25-dən aprelin 10-dək London Kral Opera Teatrında C.Verdinin "Maqbet” operası nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, martın 25-də, 28-də, 31-də və aprelin 4-də operada Makdufun partiyasını Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) ifa edəcək.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlamış Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
banner

Oxşar Xəbərlər