• çərşənbə axşamı, 16 aprel, 23:51
  • Baku Bakı 18°C

“Yurd”un tarixinə dair şok faktlar

18.01.14 08:48 1679
“Yurd”un tarixinə dair şok faktlar
II yazı
Dünən sizə “XALQ CƏBHƏSİNİN "YURD" HƏQİQƏTLƏRİ” kitabı haqda müəyyən qədər məlumat vermişdik. Kitabın böyük maraq və diqqət çəkdiyini nəzərə alıb orada əksini tapan digər maraqlı məqamları da bölüşməyi qərara aldıq. Xatırladaq ki, "XALQ CƏBHƏSİNİN "YURD" HƏQİQƏTLƏRİ” Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki «Yurd» İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatı AXCP Ali Məclisinin 03 sentyabr 2000-ci il tarixli qərarına əsasən iki ilə yaxın müddətdə toplanan sənədlərə əsasən hazırlanıb.
- Araşdırmalar göstərir ki, "Yurd"un AXC-AXCP daxilində apardığı fəaliyyət sistemli və uzunmüddətli olub. Bu cür fəaliyyət isə uzun müddət ərzində ictimai-siyasi proseslərin önündə gedərək xalq hərəkatına rəhbərlik etməklə böyük uğurlar qazanan Xalq Cəbhəsi kimi təşkilatda mümkün olmazdı, əgər bu fəaliyyəti təmin edən zəmin yaradılmasaydı. Məhz bu səbəbdən Xalq Cəbhəsinin mövcudluğunu və fəaliyyətini təmin edən hüquqi bazasına müdaxilə etmək və onun normativ sənədlərində ziddiyyətlər yaratmaqla bu zəmin yaradılıb.
- "Yurd"laşdırılmış Rəyasət Heyətinin vasitəsi ilə AXC-nin Qurultayını 1995-ci il parlament seçkilərinə qədər yubadan yurdçular Ədliyyə Nazirliyinə təqdim edilən (01.09.95) AXCP Nizamnaməsinə oğurluq maddə (VI.9.12) əlavə edərək partiyanın sədrinə alternativ qurum (rəhbər orqan - Rəyasət Heyəti) yaratmaqla sədr postunu partiyada formal quruma çevirməklə bərabər təşkilatın hüquqi bazasında və normativ sənədlərində, strukturunda və idarə edilməsində yaradılacaq problemlərin əsasını qoydular.
1996-ci ilin yanvarında AXCP Ali Məclisi Rəyasət Heyətinin təklifi ilə partiya sədrinin müavinlərini ali qərarverici orqanlara (1/3 tərkibdən AM-ə və AM RH-ə) üzv edərək sədrdən üstün səlahiyyətlər verdi.
1996-cı ilin 26 iyununda Rəyasət Heyətinin qəbul etdiyi Reqlament (özü üçün Reqlament qəbul etmək səlahiyyəti RH-nə AM tərəfindən hələ 4 aydan sonra (05.10.96) veriləcək) partiya sədrinin I müavininə AM Rəyasət Heyətinə rəhbərlik etmək səlahiyyəti verməklə AM sədrini və müavinlərini faktiki "oyuncağa" çevirir. Digər tərəfdən bu Reqlament Nizamnaməni (maddə II.8) kobud surətdə pozaraq RH-nə "...üzvlər arasında sorğu keçirmək yolu ilə" "qərarlar qəbul etmək" səlahiyyəti verməklə partiya işində dünyada oxşarı olmayan sənədə çevrilir.
05.03.97 tarixində qəbul etdiyi "AXCP rayon (şəhər) şöbələrinin konfranslarının hazırlanması və keçirilməsi qaydaları haqqında Təlimat"la Rəyasət Heyəti Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (Elçıbəy Bakıda olmadığından bu Komitəyə faktiki rəhbərliyi Əli Kərimov edib), rayon (şəhər) şöbələri Məclisləri və Konfranslarının və AXCP Təşkilat şöbəsinin, çoxsaylı komissiyalar yaratmaqla AXCP Nəzarət Təftiş Komitəsinin səlahiyyətlərini mənimsəyib.
Xalq Cəbhəsinin ali orqanlarını ələ keçirən "Yurd" Ali Məclisin, Rəyasət Heyətinin çoxsaylı qərarları ilə, Sədr Aparatını iflic vəziyyətə salmaqla təşkilatın fəaliyyətində, idarə olunmasında ciddi problemlər yaradaraq onu əsas hədəflərindən yayındırıb.
- Elçibəyi fərarilikdə, qorxaqlıqda, acizlikdə, savadsızlıqda günahlandıranlar, onu müharibə qanunları ilə mühakimə etməyi təklif edib (A.Paşayev) çıxış yolu kimi Elçibəyin sədrlikdən uzaqlaşdırıb yerinə Ə.Kərimlinin seçilməsini göstərirdilər. Təşkilatı parçalamaq üçün hər cür cəhdlər göstərirdilər.
- Saxta sorğu "keçirir", guya Ə.Kərimli 1-ci yerdə, Elçibəy axırıncı yerdədir. Rayon şöbələrinin məclisində saxtakarlıqla "Yurd"a üstünlük qazandırırdılar, yurdçulara köməklik göstərirdilər.
- Elçibəy rəhmətə gedəndə "yurd"çular Sabirabadda şənlik düzəldiblər ki, Əli Kərimli sədr olacaq.
- Nüfuzlu adamları AXCP-dən uzaqlaşdırırlar.
- Elçibəy əleyhinə təhqiramiz ifadələrlə təbliğat aparılır.
- "Yurd" şöbələrin dağıdılaraq zəifləməsi üçün iki istiqamətdə iş aparıb:
- AXC daxilində olan böyük gücü AXC-nin özünə qarşı çevirərək şöbələr içərisində qarşıdurma yaratmaqla təşkilatı əsas hədəfindən yayındırmaq;
- Şöbələrdə bir neçə illik hərəkat zamanı "təbii seçmə" ilə formalaşmış, AXC - Elçibəy ideyalarına sədaqətli, bilavasitə Azərbaycan idealına bağlı cəbhəçiləri, şöbə rəhbərlərini-liderlərini- sıradan çıxararaq, əvəzində təşkilatda və xalq arasında nüfuzu olmayan, daha çox pis imiclə tanınan adamların təşkilata cəlb edilməsi, rəhbərliyə yerləşdirilməsi ;
- Uzun illər ərzində mərkəzi orqanlara edilən çoxsaylı şikayətlərin, rayon (şəhər) şöbələrinin arayışlarının, sənədlərin araşdırılması göstərdi ki, "Yurd"un rayon (şəhər) şöbələrində apardığı pozuculuq işləri aşağıdakı istiqamətlərdə olub:
- dayaq dəstələrinin yaradılmasına müxtəlif vasitələrlə maneçilik göstərmək;
- mövcud dayaq dəstələrini buraxmaq;
- "Yurd"un istəyini yerinə yetirməyən cəbhəçiləri tutduğu vəzifədən, partiya sıralarından uzaqlaşdırmaq, hədələmək, döydürmək, təzyiq göstərmək;
- rayon şöbələri (konfrans, məclis) səlahiyyətlərinə müdaxilə edərək onların normal fəaliyyətlərinə mane olmaq;
- rayon şöbəsinin konfransının və məclisinin qərarlarına əhəmiyyət verməmək;
- rayon şöbələrini aylarla RH-nin və onun yaratdığı müxtəlif komissiyaların təzyiqləri altında saxlamaq, şöbəni buraxmaqla hədələmək;
- RH-nin təhriki ilə rayon şöbələrini saxtakarlığa (saxta dayaq dəstələri "yaratmaq"a və saxta siyahılar tərtib etməyə) məcbur etmək;
- şöbələrin bərpasına mane olmaq;
- süni şikayətlər ("zəhmətkeş məktubları") təşkil etmək;
- AXCP sədri Elçibəyin tapşırıq və sərəncamlarını, AM-in, şöbə məclislərinin qərarlarını yerinə yetirməmək və AXCP NTK-nın rəy və tövsiyələrini nəzərə almamaq;
- Elçibəyin əleyhinə təbliğat aparmaq;
- "yurd"çu olmayan AXCP üzvlərinə qarşı "mühafizəkar", "qaraguruh", "səriştəsiz" və s. təbliğatı aparmaq;
- AXC-AXCP-nin bazasından "Yurd" yönlü təşkilatlar yaratmaq, seçkilərdə müxtəlif çirkin məqsədlə istifadə etmək;
-Bəybala Əbilov - 1998-ci ilin 4 martından Elçibəyin sərəncamı ilə Təşkilat şöbəsinin müdirini əvəz edir. Əli Kərimli (I müavin) razılıq vermədiyindən şöbə müdiri təyin olunmur, əməkdaşlar haqqında Mirmahmud Fəttayevin təqdimatları qəbul olunmur.
- "Yurd"çular Elçibəyin Kələkidən göndərdiyi Gənclər Komitəsi haqqında Əsasnamənin Ali Məclisdə təsdiqinə imkan vermir. Onlar GK-nin birbaşa Elçibəyə tabe olmasına heç cür razılaşmırlar. Komitənin Ə.Kərimliyə tabe olmasını, məhz onun təqdimatı ilə GK-nin rəhbərliyinin formalaşmasını tələb edirlər. Bu səbəbdən GK iki il Əsasnaməsiz fəaliyyət göstərir. Əsasnamə iki ildən sonra "yurd"çuların istəyinə uyğun təsdiq olunur.
- 1998-ci ildə AXCP sədri Elçibəyin sərəncamı ilə təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün Komissiya yaradılıb.
- Dəfələrlə AXCP yetkililəri tərəfindən mətbuatda hallanıb ki, "Yurd" tərəfindən AXC-nin 150.000 ABŞ dollarından çox vəsaiti Türkiyəyə aparılaraq mənimsənilib. Lakin bütün bu məsələlərlə bağlı "Yurd" yetkililəri (Ə.Kərimli, A.Mollazadə) ya münasibət bildirməyib ya da qeyri-müəyyən cavab veriblər. Bütün bunlar AXC-AXCP-nin orqanlarının və üzvlərinin çox ağır maddi durumda fəaliyyət göstərdikləri bir vaxtda baş verib.
- "Yurd"un maliyyə mənbələrindən biri də xaricdən aldığı qrantlar olub. Çoxillik müşahidələr, kütləvi informasiya mənbələrindəki məlumatlar göstərir ki, Qərbin Azərbaycana demokratik cəmiyyət quruculuğu istiqamətində yönləndirdiyi qrantların əhəmiyyətli hissəsi "Yurd"un təsiri altında olan təşkilatlara verilir. Bunun səbəblərindən biri "Yurd"un AXC-AXCP adından çıxış etməsi olsa da, digər səbəbləri də var.
- Azərbaycanda Demokratiyanın İnkişaf Fondunun xaricdən mərhələlərlə aldığı 95.000 dollar məbləğində qrant mənimsənilib.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər